[b]“Avropa Liqasına vəsiqə qazansaq...” – “Zirə”nin prezidenti[/b]
20.05.2018 - 20:46
[b]“Avropa Liqasına vəsiqə qazansaq...” – “Zirə”nin prezidenti[/b]

Səfərdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Mövsüm necə keçdi? 

- Biz rəhbərlik olaraq axıra kimi komandamızın arxasında durmuşuq. İnanırdıq. Əlbəttə ki, ikinci dövrə bizim üçün çox çətin başladı. Gözlənilməz nəticələr oldu. Amma uşaqlar sona kimi vuruşdular. Mənim şübhəm yox idi ki, axıra yaxın çeviriliş edə biləcəyik. Hər şey bizim əlimizdə deyil, amma inanırıq ki, kubokun finalında şad xəbər eşidəcəyik. Komanda Avropa Liqasına çıxacaq və hədəflərinə çatacaq.

 

- Uzun müddət komanda büdrədi. Baş məşqçiyə isə etimad göstərməyə davam etdiniz. Qəbələdən şad xəbər gəlməsə, Ayxan Abbasovla davam edəcəksiniz?

- Əlbəttə. Futbol çox çətin oyundu. Həmişə hədəfə doğru gedəndə gözlənilməz nəticələr olur. Biz isə rəhbərlik olaraq məşqçinin arxasındaydıq. Şəxsən mən özüm ona inanıram. Nəticədən asılı olaraq, növbəti mövsüm üçün oturub müzakirə aparacağıq.

 

- Qışdan sonrakı uğursuzluqla bağlı komandada zədəli, cəzalı futbolçular oldu. Transferlərə də ehtiyac var idi. Növbəti mövsüm üçün transferlər barədə nə düşünmüsünüz?

- Çox düzgün vurğuladınız. Qış fasiləsindən sonra komandada çoxlu zədəli və cəzalı futbolçular oldu. Bu isə bizim nəticələrə öz təsirini göstərdi. Ehtiyat oyunçular skamyasında az futbolçu var. Avropa Liqasına vəsiqə qazanası olsaq, transfer məsələsinə baxılacaq və heyətimiz güclənməyə doğru gedəcək.

 

- Qəbələdə Keşlə” qalib gəlsə, bugünkü sevinc ürəyinizdə qalmış kimi olacaq. Bu komanda üçün bir zərbə ola bilərmi?

- Artıq 11 oyun müsbət nəticə əldə edə bilmirdik. Həmin oyunlardan sonra çevriliş etmək özü böyük uğurdu. Ona görə mən inanmıram ki, bizim sevincimizə nəsə mane olsun. Gözləyirik ki, ötən il olduğu kimi Avropa Liqasında oynamaq istəyirik. Sualınızın cavabında deyim ki, bizim sevincimizi heç bir şey pozmayacaq.

 

- Rəhbərlik olaraq baş məşqçi ilə görüşünüz kubok oyunundan sonra bəlli olacaq?

- Kubok oyunundan sonra qərar verəcəyik.

 

- Zirə” klubunun imic baxımından dəyişikliyi üçün yeni layihələriniz varmı?

- Bəli. Bizim bəzi layihələrimiz var. Futbolumuz irəliləməyə doğru gedir. Ölkə rəhbərliyinin siyasəti futbolun inkişafına təkandır. Biz də “Zirə” olaraq buna öz töhvəmizi vermək istəyirik.

 

- Kubukun finalı üçün Qəbələyə gələcəksiniz?

- Bəli elə bir fikrimiz var, çalışıb, vaxt edib, gələcəyik.

0