11 Dekabr 16:29 Avropa Liqasında 1/16 final cütləri müəyyənləşdi - YENİLƏNİB
FUTBOL xəbərləri 11 Dekabr 16:29
5078 baxış

Avropa Liqasında 1/16 final cütləri müəyyənləşdi - YENİLƏNİB

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti raunddakı rəqiblərini tanıyıb.

 

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə komandalar 16 cütlük təşkil ediblər. Avropa Liqasının qrup qalibləri və Çempionlar Liqasında 3-cü yer sahiblərindən daha yaxşı nəticəyə malik 4 komanda səpələnmiş kimi digərləri ilə üz-üzə gələcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda oynamış komandalar rəqib olmayacaq.

 

Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş “Kopenhagen”lə “Atletiko” bir-biri ilə qarşılaşacaq. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalıların 3-cü olduğu qrupda madridlilərlə üz-üzə gəlmişdi.

 

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.

 

Avropa Liqası

1/16 final

“Borussiya” (Dortmund, Almaniya) - “Atalanta” (İtaliya)

“Nitsa” (Fransa) - “Lokomotiv” (Rusiya)

“Kopenhagen” (Danimarka) - “Atletiko” (İspaniya)

“Spartak” (Rusiya) - “Atletik” (İspaniya)

AEK (Yunanıstan) - “Dinamo” (Ukrayna)

“Seltik” (Şotlandiya) - “Zenit” (Rusiya)

“Napoli” (İtaliya) - “Leypsiq” (Almaniya)

“Srvena Zvezda” (Serbiya) - MOİK (Rusiya)

“Lion” (Fransa) - “Vilyarreal” (İspaniya)

“Real Sosyedad” (İspaniya) - “Zalsburq” (Avstriya)

“Partizan” (Serbiya) - “Viktoriya” (Çexiya)

“Styaua” (Rumıniya) - “Latsio” (İtaliya)

“Lüdoqorets” (Bolqarıstan) - “Milan” (İtaliya)

“Astana” (Qazaxıstan) - “Sportinq” (Portuqaliya)

“Ostersun” (İsveç) - “Arsenal” (İngiltərə)

“Marsel” (Fransa) - “Braqa” (Portuqaliya)

Xəbər lenti