20 Oktyabr 09:51 Avropa Liqasında rekord
FUTBOL xəbərləri 20 Oktyabr 09:51
499 baxış

Avropa Liqasında rekord

Avropa Liqasının qrup mərhələsinin III turunda “Vardar”la Makedoniyadakı qarşılaşmada 6:0 hesabı ilə qələbə qazanan “Real Sosyedad” yarışın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi turnirin Avropa Liqası dönəmində ən böyükhesablı nəticəyə şərik olub.

 

Belə ki, 2009/10 mövsümündən indiki formatda keçirilən yarışda 6-dan artıq top fərqi qeydə alınmayıb. “Real Sosyedad” beıə qələbəyə sevinən 4-cü komanda olub.

 

2014/15 mövsümündə “Styaua” (Rumıniya) “Olborq”u (Danimarka), növbəti mövsümdə “Valensiya” (İspaniya) “Rapid” (Avstriya) 6 cavabsız qolla məğlub etmişdi. Ötən mövsümdə Fransa “Lion”u Hollandiya “Alkmaar”lnı eyni fərqlə yenib – 7:1.

 

Bu komandalara çatan “Real Sosyedad” səfərdə qalib gəlməklə mütləq rekorda da imza atıb. Çünki digər üç komanda 6 top fərqinə evdə sevinib.

 

Xəbər lenti