[b]Avropa Liqasında yenilik - FOTO[/b]
30.05.2018 - 18:41
[b]Avropa Liqasında yenilik - FOTO[/b]

Avropa Liqasında rebrendinq olunacaq. Apasport.az saytının məlumatına görə, UEFA qitənin ikinci dərəcəli klub turnirində yeniliklər etməyə qərar verib.

 

Belə ki, Azərbaycanın üç klubu – “Qəbələ”, “Neftçi” və “Keşlə”nin mübarizəyə qoşulacağı, final matçının Bakı Olimpiya Stadionunda baş tutacağı turnirin rəmzlərində müəyyən dəyişikliklər ediləcək. Turnirin rəngləri və loqosu dəyişməsə də, vizual ifadəsi fərqli olacaq. Futbolçu və azarkeşlər arasında əlaqəni təcəssüm edən enerji dalğası qırıq xətlər və müstəvilərlə əvəzlənib. Dizaynerlər bunu klubların bütün Avropa üzrə yolunu təcəssüm edir.

 

Bu rəmzlər Avropa Liqasının yeni toplarında da əksini tapacaq. Ən diqqətçəkən məqam isə ondan ibarətdi ki, yarışın rəsmi himni də dəyişdiriləcək.

0