24 May 16:20 Avropada ilk transfer “bombası”
FUTBOL xəbərləri 24 May 16:20
1191 baxış

Avropada ilk transfer “bombası”

Avropada ilk transfer “bombasını” “Mançester Yunayted” “partladıb”. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “qırmızı şeytanlar” Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Fredi heyətinə qatıb.

 

Klublar arasında bir müddətdi aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib. Razılığa əsasən, 25 yaşlı oyunçunun keçidindən Ukrayna təmsilçisi 50 milyon avro gəlir əldə edəcək. Braziliya millisinin üzvü ilə münasibətlər gələn həftə rəsmiləşəcək.

 

Qeyd edək ki, Fred 2013-cü ildən bəri “Şaxtyor”un formasını geyinib.

Xəbər lenti