[b]Ayxan Abbasov “Zirə”dən gedə bilər: Rəhbərlik bunu gözləyir[/b]
23.05.2018 - 15:20
[b]Ayxan Abbasov “Zirə”dən gedə bilər: Rəhbərlik bunu gözləyir[/b]

“Zirə”də qalıb-qalmayacağım bəlli deyil. Buna rəhbərliklə görüşdən sonra aydınlıq gələcək”. Bunu apasport.az saytına açıqlamasında “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

 

Paytaxt klubu ilə müqavilə müddəti başa çatan mütəxəssis bu ayın sonlarında hər şeyin müəyyənləşəcəyini söyləyib: “Rəhbərlik ölkə kubokunun finalını gözləyir. Ondan sonra oturub, gələcəklə bağlı müzakirə aparacağıq. Azərbaycan kubokunun finalı bizim Avropa Liqasına vəsiqə qazanıb-qazanmayacağımıza aydınlıq gətirəcək. Rəhbərlik də yəqin ki, bunu gözləyir”.

 

Abbasovla yanaşı, “Zirə”nin əksər futbolçularının da müqavilə müddəti iyunun 1-də başa çatacaq. Çalışdırıcı oyunçulara ayın sonuna qədər bir söz deyiləcəyini vurğulayıb: “Bütün futbolçular istirahətə buraxılıb. Əcnəbilər də öz ölkələrindədi. Onlara ayın 31-dək bir söz deyəcəyimizi bildirdik. Çünki Avropa Liqasına vəsiqə qazanma məsələsi bunda böyük rol oynayacaq”.

 

Qeyd edək ki, “Zirə” geridə qalan mövsüm Topaz Premyer Liqasında 4-cü yeri tutub. Azərbaycan kubokunun finalında “Qəbələ” “Keşlə”ni məğlub etsə, “Zirə” Avropa Liqasına vəsiqə qazanacaq.

0