[b]Azərbaycan hakimləri Avropa Liqasında[/b]
12.07.2018 - 12:41
[b]Azərbaycan hakimləri Avropa Liqasında[/b]

Azərbaycan hakimləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz iyulun 19-da keçiriləcək qarşılaşmalarda ədaləti qoruyacaq.

 

Ömər Paşayev Monteneqroda yerli OFK və “B36 Torshavn” (Farer adaları) arasında görüşü idarə edəcək. Ona Namiq Hüseynov, Mübariz Haşımov və Əliyar Ağayev kömək edəcək.

 

“Zarya” (Moldova) – “Qurnik” (Polşa) matçında isə Rəhim Həsənov fit çalacaq. Onun köməkçiləri Yaşar Abbasovla Akif Əmirəli, dördüncü hakim isə Rauf Cabbarov olacaq.

 

Mənbə: affa.az

0