25 May 13:05 Azərbaycan Kuboku: Finalın hakimləri bəllidi!
FUTBOL xəbərləri 25 May 13:05
3767 baxış

Azərbaycan Kuboku: Finalın hakimləri bəllidi!

Azərbaycan Kubokunun final görüşünün hakimləri bəlli olub. Hakimlər Komitəsindən apasport.az saytına verilən məlumata görə, “Qəbələ” ilə “Keşlə” arasındakı həlledici matç FİFA referilərindən heç birinə həvalə edilməyib.

 

Belə ki, mayın 28-də Qəbələdə baş tutacaq qarşılaşmada Rauf Cabbarov ədalət təmsilçisi olacaq. Ona Nahid Əliyev və Knyaz Əmiraslanov kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.

 

Rauf Cabbarov bu mövsüm Topaz Premyer Liqasında 15, ölkə kubokunda isə 2 oyuna təyinat alıb. O, həmçinin karyerası ərzində ilk dəfə Azərbaycan kubokunun final görüşünü idarə edəcək.

 

Qeyd edək ki, mayın 28-də keçiriləcək “Keşlə” – “Qəbələ” oyunu 20:00-da start götürəcək.

Xəbər lenti