“Azərbaycan milli komandasında ciddi dəyişikliklər ediləcək”
26.04.2010 - 17:15
“Azərbaycan milli komandasında ciddi dəyişikliklər ediləcək”
Azərbaycan və Almaniyanın veteran futbolçulardan ibarət yığmaları arasında oyun baş tutmayacaq. Bu barədə apasport.az saytına "Neftçi" Veteran Futbol Klubunun prezidenti Oqtay Abdullayev məlumat verib.

Görüşün qeyri-müəyyən vaxta təxirə salındığını bildirən Abdullayevin fikrincə, komandamız da islahatların aparılmalıdır: “Heyətdə ciddi dəyişikliklər edəcəyik. Bu o demək deyil ki, yaşlı nəsil pis oynayır. Sadəcə, gənclərə güvənmək lazımdır. Biz Almaniya ilə Bakıdakı görüşdə çox pis oynadıq. Nəticədə uduzduq”.

Abdullayev bildirib ki, Almaniya ilə oyun təxirə salınsa da, SSRİ yığmasının Bakıya gələcəyi dəqiqdir: “Ələkbər Məmmədovun 80 illik yubileyinə həsr olunmuş oyun mayın 14-də keçiriləcək. Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda SSRİ yığması ilə üz-üzə gələcəyik”.

Qeyd edək ki, Azərbaycan və Almaniya veteranları arasında ilk oyun ötən il Bakıda baş tutub. Qonaqların 6:2 hesabı ilə qələbə qazandığı görüşdə hər iki qolumuzun müəllifi Vəli Qasımov olmuşdu.
0