[b]Azərbaycan Premyer Liqası: II tura Qəbələdə yekun vurulacaq[/b]
17.08.2017 - 12:05
[b]Azərbaycan Premyer Liqası: II tura Qəbələdə yekun vurulacaq[/b]

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə II turun oyun cədvəli açıqlanıb. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, turun matçları şənbə və bazar günü keçiriləcək.

 

“Səbail” – “Neftçi” matçı ilə start götürəcək tur “Qəbələ” – “Sumqayıt” qarşılaşması ilə yekunlaşacaq.

 

Stadionu təmir olunan "Kəpəz" "Zirə"ni Yevlax şəhər stadionunda qəbul edəcək. 

 

Bütün görüşlər “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.



19 avqust (şənbə)

18:00. “Səbail” – “Neftçi”
“Dalğa Arena”


20:00. “Qarabağ” – “İnter”
“Azərsun Arena”



20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”
Yevlax şəhər stadionu

 

20:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

 

0