[b]Azərbaycan yığması “Top-100”də çox qalmadı [/b]
13.10.2017 - 14:51
[b]Azərbaycan yığması “Top-100”də çox qalmadı [/b]

Azərbaycan millisinin bu ay açıqlanacaq FİFA reytinqində 115-ci olacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamız planetin ən yaxşı 100 komandası arasında 1 il duruş gətirib.

 

Belə ki, 2016-cı ilin oktyabrında 133-cü yerdən 88-ci pilləyə yüksələn Robert Prosineçkinin yetirmələri bu müddətdə “yüzlüy”ü tərk etməmişdi. Son 12 cədvəldə ən yaxşısı 76-cı, ən pisi 92-ci olan yığmamız 23 pilləlik enişlə “Top-100”dən kənar düşür.

 

Ümumiyyətlə, Azərbaycan millisi bu dəfə ən çox geriləyənlər sırasındadı. Ekvador və Litva hamıdan çox – hərəyə 25 pillə aşağı yuvarlanırsa, yığmamız “-23”ə üzülür.

 

Qeyd edək ki, FİFA reytinqinin təxmini versiyası bu gün açıqlansa da, rəsmi cədvəl oktyabrın 16-da dərc olunacaq. 

0