22 Fevral 12:43 Azərbaycana köçdüyü üçün millidən kənarda qaldı
FUTBOL xəbərləri 22 Fevral 12:43
538 baxış

Azərbaycana köçdüyü üçün millidən kənarda qaldı

Azərbaycan millisinin 2018-ci ildəki ilk rəqibi olan Moldova yığması daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Aleksandr Spiridonun yetirmələri fevralın 26-da Səudiyyə Ərəbistanı millisi ilə qarşılaşacaq.

 

Baş məşqçi Ciddəyə yollanacaq heyəti artıq açıqlayıb. Maraqlıdı ki, onun dəvət etdiyi 22 oyunçu arasında qış fasiləsində “Zirə”yə transfer edilən Aleksandr Dedov yoxdu. Moldovalılar 29 yaşlı yarımmüdafiəçinin millidən kənarda qalmasının səbəbini məhz onun “Zirə”yə keçidində görürlər. Belə ki, sözügedən oyun FİFA-nın pəncərəsinə daxil olmadığından, Spiridon yalnız daxili çempionatda çıxış edən futbolçularla kifayətlənməli olacaq. İki həftə əvvəl “Milsami”ni “Zirə”yə dəyişən Dedov isə fevralın 24-də klubunun “Neftçi” ilə matçında məşqçilər korpusunun ixtiyarında olacaq.

 

Qeyd edək ki, yanvarın 30-da Antalyada keçirilən Azərbaycan – Moldova qarşılaşması qolsuz bərabərliklə nəticələnmişdi.

Xəbər lenti