22 Fevral 16:30 “Azərbaycanda daha çox braziliyalı ola bilər, amma...”
FUTBOL xəbərləri 22 Fevral 16:30
288 baxış

“Azərbaycanda daha çox braziliyalı ola bilər, amma...”

“Başqa ölkələrdə braziliyalıların çoxluq təşkil etməsi onların daha güclü olmaları anlamına gəlməməlidi”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Qazaxıstan yığmasının üzvü Duqlas Junior deyib.

 

Avropa çempionatının yarımfinal mərhələsində İspaniyaya məğlub olan qazaxlar 3-cü yer uğrunda görüşdə isə Rusiyaya yenilərək 4-cülüklə kifayətləniblər.

 

Qazaxıstan millisinin 3 braziliyalısından biri olan Duqlas yerli mətbuata müsahibəsində qitə birinciliyindəki çıxışlarını dəyərləndirib. O, yığmadakı həmyerlilərinin sayı ilə bağlı sualı cavablandırarkən Azərbaycan millisini də yada salıb: “Rusiya, İtaliya və Azərbaycan yığmalarında daha çox braziliyalılar çıxış edə bilər. Amma hesab edirəm ki, bizə 3 nəfər kifayət edir. Çünki Qazaxıstan millisi yerli oyunçularla birlikdə daha güclü olur”.

 

Qeyd edək ki, Avropa çempionatının 1/4 finalında Portuqaliyaya məğlub olan Azərbaycan millisinin heyətində 5 braziliyalı çıxış edib.

Xəbər lenti