[b]“Azərbaycandan daha yaxşıyıq” – Kosovonun hücumçusu[/b]
20.03.2018 - 00:57
[b]“Azərbaycandan daha yaxşıyıq” – Kosovonun hücumçusu[/b]

“Yeddi aylıq zədədən sonra təkrar milliyə döndüyüm üçün çox sevinirəm. Normalda bu cür zədədən sonra geridönüş asan olmur, amma özümü yaxşı hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kosovo U-21 millisinin hücumçusu Valmir Süleymani deyib.

 

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində martın 22-də millimiz, 27-də isə Almaniya yığması ilə qarşılaşacaq kosovoluların üzvü fikirlərini Kosovo Futbol Federasiyasının saytı ilə bölüşüb.

 

O, komandalarının millimizdən daha güclü olduğunu vurğulayıb: “Hər şeyin yaxşı olacağına inanıram. Qarşıdakı hər iki oyundan uğur gözləyirəm. Azərbaycana qarşı ilk matçda meydana çıxa bilməmişdim, amma düşünürəm ki, oyun planında onlardan daha yaxşıyıq. Almaniya millisini yaxşı tanıyıram. Bu ölkənin U-17 və U-18 millilərində oynadığım üçün güclərinə bələdəm”.

0