16 Aprel 18:21 “Azərbaycanla oyun istisna olmaqla...”
FUTBOL xəbərləri 16 Aprel 18:21
191 baxış

“Azərbaycanla oyun istisna olmaqla...”

“Bu turnirdəki nəticələrdən məmnun qalmadım”. Apasport.az saytının məlumatına görə, bunu 16 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sakib Malkoçeviç deyib.

 

Adıçəkilən ölkədə keçirilən UEFA İnkişaf turnirinin son turunda Azərbaycan millisi üzərində 3:2 hesablı qələbə qazanan ev sahibləri yarışı 3-cü pillədə başa vurublar.

 

Yığmamızla görüşdən razı qaldığını söyləyən Malkoçeviç ümumi iştiraklarını uğurlu saymır: “Xorvatiya ilə matçın 30 dəqiqəsi və Azərbaycanla qarşılaşma istisna olmaqla, hər şey pis idi. Seçmə mərhələnin startına hələ 5 ay vaxt qalır, görüləcək işlər çoxdu. Yeni oyunçularla bağlı seçimi düzgün aparmalıyıq. Diqqətə ehtiyacı olan futbolçular da var. Lakin çoxu fiziki və taktiki cəhətdən istədiyimiz səviyyədə deyil”.

 

Qeyd edək ki, ilk iki oyunda Makedoniya (0:2) və Xorvatiyaya (0:1) məğlub olan millimiz turniri sonuncu pillədə başa vurub.

Xəbər lenti