[b]“Azərbaycanla oyundan fərqli...” – moldovalı futbolçu[/b]
23.02.2018 - 12:40
[b]“Azərbaycanla oyundan fərqli...” – moldovalı futbolçu[/b]

“Beynəlxalq dərəcəli qarşılaşmalara kimlərin dəvət olunması yoldaşlıq görüşlərindəki çıxışlardan və nəticələrdən asılı olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova millisinin müdafiəçisi İon Jardan deyib.

 

2018-ci ildə artıq 2 yoxlama görüşü keçirən moldovalılar fevralın 26-də Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcəklər. Yanvarda Cənubi Koreya (0:1) və Azərbaycanla (0:0) qarşılaşan Aleksandr Spiridonun yetirmələri bu dəfə Ciddədə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar.

 

Oyunöncəsi yerli mətbuata fikirlərini bildirən Jardan ilk qələbə arzusunda olduqlarını bildirib: “Cənubi Koreya və Azərbaycandan sonra daha bir yoldaşlıq görüşündə gücümüzü sınayacağıq. Yığmanın hazırlığından məmnunam. Komanda tam heyətlə məşq edir və vacib görüş öncəsi 4 günlük toplanışımız olacaq. Həm Cənubi Koreya, həm də Azərbaycanla matçda qələbə qazana bilməmişdik. Onlardan fərqli, bu dəfə yeni ildə ilk qalibiyyətimizi əldə etmək niyyətindəyik. Düzdü, bu, sınaq matçıdı. Ancaq hər şey gənclərdən və təcrübəlilərdən asılıdı”.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək.

0