Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq “Çelsi” artıq Bakıdadı. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxtımıza səfər “zadəganlar”ın tarixinə düşüb.
Belə ki, komandanı gətirən təyyarə Londondan bura 3975 km məsafəni 6 saata qət edib. Bununla, Bakı “Çelsi”nin avrokuboklar tarixində ən uzunmüddətli səfərinə çevrilib. Buna qədər rekord 2001-ci ildə Təl-Əvivə olan səfər idi.
İngiltərə təmsilçisinin tarixi ərzində ən uzunmüddətli 10 səfəri:
1. Bakı, Azərbaycan – 3975 km
“Qarabağ”. Çempionlar Liqası, 2017-ci il, noyabr
2. Təl-Əviv, İsrail – 3560 km
“Hapoel”. UEFA Kuboku. 2001-ci il, oktyabr
“Makkabi”, Çempionlar Liqası, 2015-ci il, noyabr
3. Nikosiya, Kipr – 3221 km
APOEL. Çempionlar Liqası, 2009-cu il, sentyabr
4. Donetsk, Ukrayna – 2724 km
“Şaxtyor”, Çempionlar Liqası, 2012-ci il, oktyabr
5. Moskva, Rusiya – 2503 km
MOİK. Çempionlar Liqası, 2004-cü il, noyabr
“Mançester Yunayted”. Çempionlar Liqasının finalı, 2008-ci il, may
“Spartak” (Moskva). Çempionlar Liqası, 2010-cu il, oktyabr
“Rubin”. Avropa Liqası, 2013-cü il, aprel
6. İstanbul, Türkiyə – 2486 km
“Qalatasaray”. Çempionlar Liqası, 1999-cu il, oktyabr; 2014-cü il, fevral
“Fənərbaxça”. Çempionlar Liqası, 2008-ci il, aprel
7. Afina, Yunanıstan – 2394 km
“Real”. Kuboklar Kuboku, 1971-ci il, may
“Olimpiakos”. Çempionlar Liqası, 2008-ci il, fevral
8. Tromse, Norveç – 2250 km
“Tromse”. Kuboklar Kukobu, 1997-ci il, oktyabr
9. Saloniki, Yunanıstan – 2139 km
“Aris”. Kuboklar Kuboku, 1970-ci il, sentyabr
10. Kiyev, Ukrayna – 2136 km
“Dinamo”. Çempionlar Liqası, 2015-ci il, oktyabr
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da başlayacaq.