“Bakı” klubu FİFA-ya şikayət edəcək
10.04.2008 - 17:43
“Bakı” klubu FİFA-ya şikayət edəcək
“O, futbolçunun müalicə olunduğunu desə də, özü də müştərisinin xəstəliyinə inanmır. Çurlinov 2-3 günə geri qayıtmayacağı halda, FİFA-ya şikayət edəcəyik. Artıq lazımi sənədləri hazırlamışıq. Çvetanın bizimlə iki illik müqaviləsi var və lazım gələrsə, onu bu müddətdə futbol oynamağa həsrət qoyaram”. Z.Məmmədov, həmçinin bildirib ki, futbolçunun həmyerlisi olan baş məşqçi Qyoko Hacievski də bu məsələdə “Bakı”nın tərəfindədir: “Çurlinovun cəzalanmasını daha çox baş məşqçimiz Hacievski istəyir. O, həmyerlisinin bu hərəkətini ilk növbədə özünə qarşı hörmətsizlik kimi qəbul edir. Çvetanın keçidi zamanı Hacievski ilə məsləhətləşdik. O, futbolçu haqda eşitdiyini, ancaq onu yaxından tanımadığını dedi. Çurlinovun yaşının azlığını və hücumçuya ehtiyac duyduğumuzu nəzərə alıb, transferi reallaşdırdıq”.
Qeyd edək ki, Ç.Çurlinov üç oyun keçirdiyi “Bakı”nın düşərgəsini üç həftə öncə tərk edib.
0