[b]Bakı Olimpiya Stadionu 61-ci oldu[/b]
14.11.2017 - 11:40
[b]Bakı Olimpiya Stadionu 61-ci oldu[/b]

Premyer Liqanın XII turu Azərbaycan futbolunda ilklə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, ölkənin ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu ilk dəfə çempionat matçını qəbul edəcək.

 

“Qarabağ”ın “Sumqayıt”la ev matçının keçiriləcəyi məkan inşa olunduğu vaxtdan indiyədək yalnız beynəlxalq matçlar zamanı istifadə edilib. AÇ-2016 və DÇ-2018-in seçmə matçları, İslam Həmrəyliyi Oyunları və Çempionlar Liqasına qucaq açan arenanın köməkçi meydançası yoldaşlıq görüşlərinə də məkan olub.

 

Amma Premyer Liqanın bu məkanda debütü yalnız noyabrın 17-də gerçəkləşəcək. Bununla, Bakı Olimpiya Stadionu Azərbaycan çempionatları tarixinə 61-ci məkan kimi düşəcək.

 

Belə ki, indiyədək 60 stadionda yüksək liqa görüşləri keçirilib. Bunlardan 21-i Bakı arenalarıdı. Yeni stadion da bu siyahıya paytaxtın 22-ci nöqtəsi kimi düşəcək.

 

Bakı Olimpiya Stadionu həm də çempionatlar tarixinə ən böyük arena kimi düşəcək. 68 min 700 tamaşaçı tutan arena Tofiq Bəhramov adına Respublika stadionunu zirvədən salacaq. Tamaşaçı tutumu dəfələrlə aparılan yenidənqurma işlərindən sonra hər dəfə dəyişən arena müxtəlif illərdə fərqli sayda azarkeş qəbul etmək iqtidarında olub. Lakin bu rəqəmlər də Bakı Olimpiya Stadionu ilə müqayisədə iki dəfədən də çox azdı.

 

0