[b]Bakıya gəlməyə əsas namizəd - “Sevilya”[/b]
14.05.2018 - 15:17
[b]Bakıya gəlməyə əsas namizəd - “Sevilya”[/b]

İspaniya mətbuatı Avropa Liqasının (AL) gələn mövsümü ilə bağlı proqnozunu açıqlayıb. Apasport.az saytı xəbər verir ki, həmkarlarımız “Sevilya”nı indidən turnirin finalında görürlər.

 

La Liqada sona bir tur qalmış 7-ci yeri təmin edən Əndəlüs təmsilçisi AL-də mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Buna baxmayaraq, yerli KİV artıq bir neçə iştirakçısı bilinən yarışda “Sevilya”nın sona qədər getmək şansını yüksək qiymətləndirirlər: “Sevilya” 2019-cu il mayın 29-da Bakıda keçiriləcək final matçının iştirakçılarından biri olmağa ən real namizəddi”.

 

İspanları bu cür düşünməyə vadar edən səbəblər komandanın Avropa Liqasındakı parlaq çıxışı və klub reytinqidi. Məsələ burasındadı ki, İspaniya klubu son 12 ildə 5 dəfə bu yarışın finalına qədər irəliləyib və hər birində kuboku muzeyinə aparıb.

 

O ki qaldı reytinqə, “Sevilya” avrokuboklarda son 5 mövsümdəki çıxışa görə, yalnız “Real”, “Atletiko”, “Bavariya”, “Barselona” və “Yuventus”dan geri qalır. Adıçəkilən komandalar Çempionlar Liqasına vəsiqə qazandığından, gələn mövsüm Avroliqanın ən reytinqli klubu məhz Xoakin Kaparrosun yetirmələri olacaq. Onlar hətta mübarizəyə qrup mərhələsindən başlayacaq İngiltərə nəhəngləri “Çelsi” və “Arsenal”dan da bu baxımdan üstündülər.

 

Qeyd edək ki, Avropa Liqasında 2018-19 mövsümünün final qarşılaşması gələn il Bakı Olimpiya Stadionunda keçiriləcək.

0