[b]“Baltsan”ın kapitanı:  Uduzmağa çıxmayacağıq[/b]
12.07.2018 - 11:47
[b]“Baltsan”ın kapitanı:  Uduzmağa çıxmayacağıq[/b]

“Sloveniyadakı təlim-məşq toplanışı çox səmərəli keçdi. Güclü rəqiblərlə yoxlama görüşləri keçirdik ki, bunların bizə fayda verəcəyini düşünürəm”. Apasport.az saytının məlumatına görə, bunu “Baltsan”ın kapitanı Stiv Bezzina deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsində “Keşlə”ni qəbul edəcək Malta təmsilçisi sürpriz etmək niyyətindədi. 31 yaşlı müdafiəçi keçirilən mətbuat konfransında komandaya inandığını vurğulayıb: “Bir aylıq fasilədən sonra yeni mövsümə start veririk. Əvvəllər buraxdığımız səhvləri bilirik və bunların üzərində işləmişik. “Keşlə” ilə qarşıdakı iki matçdan başlayaraq irəliyə doğru baxmalıyıq. “Keşlə” cütün favoriti sayıla bilər. Ancaq biz də boş dayanmayacaq, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Üstəlik, komandanın özəyini qorumağı bacarmışıq. Əlavə bir neçə oyunçu da transfer olunub. Azərbaycan klubuna uduzmaq üçün meydana çıxmayacağıq”.

 

Qeyd edək ki, bu gün Ta Qalidə keçiriləcək “Baltsan” – “Keşlə” qarşılaşması Bakı vaxtı ilə 20:00-da start götürəcək.

0