24 May 13:44 "Barselona" Busketslə nikah təzələyir
FUTBOL xəbərləri 24 May 13:44
403 baxış

"Barselona" Busketslə nikah təzələyir

"Barselona" rəhbərliyi müqavilə müddətinin artırılması ilə bağlı Serxio Busketslə danışıqlar aparır. Apasport.az saytının "As" nəşrinə istinadən məlumatına görə, çərşənbə axşamı prezident Jozep Bartomeu və yarımmüdafiəçi arasıdnda baş tutan görüşdə tərəflər anlaşmanın yenilənməsi qərarına gəliblər.

 

Busketsin hazırkı müqaviləsi 2021-ci ildə bitir. Yeni saziş isə 2023-cü ilin iyun ayına qədər nəzərdə tutulub.

 

"Barselona" 29 yaşlı futbolçunun məvacibini qaldırmaq niyyətində olsa da, müqavilədə göstərilən sərbəst qalma dəyəri - 200 milyon avro - böyük ehtimalla olduğu kimi saxlanılacaq.

 

Jozep Bartomeu dünya çempionatının startına qədər Busketslə yeni müqavilə imzalamaq istəyir.

Xəbər lenti