[b]"Barselona" fransız futbolçunu heyətinə qatdı - RƏSMİ[/b]
12.07.2018 - 17:15
[b]"Barselona" fransız futbolçunu heyətinə qatdı - RƏSMİ[/b]

“Barselona” mövsümlərarası fasilədə növbəti transferini rəsmiləşdirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “Sevilya”nın müdafiəçisi Kleman Lanqle karyerasını “Barsa”da davam etdirəcək.

 

Fransız futbolçunun transferi 35,9 milyon avroya başa gəlib. Onun müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, sazişin şərtlərinə əsasən, Kleman Lanqlenin sərbəst qalma dəyəri 300 milyon avro təşkil edir.

0