23 Aprel 20:51 “Barselona” kuboku qazanıb, “Çelsi”yə çatdı
FUTBOL xəbərləri 23 Aprel 20:51
585 baxış

“Barselona” kuboku qazanıb, “Çelsi”yə çatdı

UEFA Gənclər Liqasında final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada “Çelsi” ilə “Barselona” üz-üzə gəlib.

 

Bu mövsüm “Qarabağ”la eyni qrupda yer alan və Azərbaycan klubuna hər iki matçda qalib gələn (5:0, 3:1) London təmsilçisi İsveçrədəki final qarşılaşmasında rəqibi ilə bacarmayıb. Markes Mendes (33, 52) və Abel Ruizin (90+2) qolları sayəsində 3:0 hesablı qələbə qazanan “Barselona” ikinci dəfə UEFA Gənclər Liqasının ən yaxşısı olub.

 

“Barselona”nın U-19 komandası çempionluq sayında məhz “Çelsi”yə çatıb. Ümumilikdə 5 dəfə təşkil edilən turnirdə 1 dəfə də “Zalsburq” çempion olub.

Xəbər lenti