[b]"Barselona" yeni rekordun astanasında[/b]
18.02.2018 - 18:41
[b]"Barselona" yeni rekordun astanasında[/b]

İspaniya çempionatının XXIV turunda səfərdə “Eybar”ı 2:0 hesabı ilə üstələyən “Barselona” klub rekordunu təkrarlayıb. Apasport.az saytı xəbər verir ki, kataloniyalılar bu görüşdə qeydə alınan nəticədən sonra La Liqada məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıblar.

 

Komanda 2010/11 mövsümündə də ardıcıl 31 matçda uduzmamışdı. Həmin vaxt "Barsa"ya Xosep Qvardiola rəhbərlik edirdi.

 

Ernesto Valverdenin yetirmələri növbəti turda “Xirona”ya məğlub olmasalar, yeni klub rekorduna imza atacaqlar. "Barselona" həmçinin İspaniya çempionatının rekordunu da təkrarlamış olacaq.

 

La Liqada hazırkı rekord 1979/80 mövsümündə ardıcıl 32 oyunu məğlubiyyətsiz başa çatdıran “Real Sosyedad”a məxsusdu.

0