[b]"Barselona" yeni transferini təqdim etdi - FOTO[/b]
12.07.2018 - 16:42
[b]"Barselona" yeni transferini təqdim etdi - FOTO[/b]

“Barselona” yeni transferi Artur Ramosu ictimaiyyətə təqdim edib. Apasport.az-ın katalon klubunun saytına istinadən məlumatına görə, “Nou Kamp” stadionunda aparılan təmir işləri səbəbindən azarkeşlərin təqdimat mərasimində iştirakına icazə verilməyib.

 

“Barselona” Artura görə klubu “Qremio”ya 31 milyon avro ödəyib. Bununla yanaşı, 9 milyon avro bonus nəzərdə tutulub.

 

21 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. Onun sazişdə göstərilən sərbəst qalma dəyəri 400 milyon avro təşkil edir.

0