[b]“Barselona”da ayrılıq – Əşyalarını topladı[/b]
22.05.2018 - 17:22
[b]“Barselona”da ayrılıq – Əşyalarını topladı[/b]

“Barselona”nın yarımmüdafiəçisi Andre Qomeş böyük ehtimalla komandadan ayrılacaq. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, portuqaliyalı futbolçu artıq klubun bazasındakı bütün əşyalarını toplayıb. Dünya çempionatının bitməsinin ardından məsələnin rəsmiləşəcəyi gözlənilir.

 

Qomeş 2016-cı ildə “Valensiya”dan 35 milyon avro qarşılığında “Barselona”ya transfer olunmuşdu. Sözügedən məbləğlə yanaşı, onun sazişində 20 milyon avro bonus nəzərdə tutulmuşdu.

 

Ötən mövsüm İspaniya La Liqasında 16 matçda meydana çıxan Andre Qomeşin aktivində nə qol, nə də məhsuldar ötürmə var.

0