[b]“Barselona”da yeni müqavilə[/b]
22.02.2018 - 17:10
[b]“Barselona”da yeni müqavilə[/b]

“Barselona” aparıcı futbolçuları ilə yeni sözləşmə imzalamaqda davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu dəfə Serxi Roberto komandası ilə yeni sazişə qol çəkib.

 

“Barselona” akademiyasının yetirməsi olan Roberto klubla olan müqavilə müddətini 2022-ci ilə qədər uzadıb. Maaşı artırılan universal futbolçunun müqaviləsində yer alan transfer qiyməti ilə bağlı bənddə də dəyişiklik edilib. Belə ki, onu almaq istəyən hər hansı bir klub artıq 500 milyon avrosundan keçməlidi.

 

Qeyd edək ki, müdafiənin sağ cinahında və yarımmüdafiənin mərkəzində oynamağı bacaran 26 yaşlı Serxi Roberto 2013-cü ildən əsas komandada çıxış edir.

0