22 Mart 11:27 “Barselona”nı keçə bilərik”
FUTBOL xəbərləri 22 Mart 11:27
494 baxış

“Barselona”nı keçə bilərik”

“Barselona” yalnız 1/4 finalın deyil, Çempionlar Liqasının favoritidi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Roma”nın hücumçusu Edin Dzeko deyib.

 

Paytaxt klubunu Çempionlar Liqasının ¼ final mərhələsində “Barselona” ilə ciddi sınaq gözləyir.

 

Bu haqda danışan Bosniya və Herseqovina yığmasının üzvü maraqlı fikirlər səsləndirib. Dzeko “Barselona”nı mübarizədən kənarlaşdırmaq gücündə olduqlarını bildirib: “Komanda şəklində oynasaq, “Barsa”nı adlaya bilərik. 1/4 finala qədər əlimizdən gələni etmişik, bundan sonra da elə olacaq. İtiriləsi heç nəyimiz yoxdu. Əvəzində qazanacaq çox şeyimiz var”.

 

Qeyd edək ki, “Barselona” və “Roma” arasında ilk oyun aprelin 4-də İspaniyada, cavab matçı isə aprelin 10-da İtaliyada baş tutacaq.

Xəbər lenti