16 Avqust 13:34 “Barselona”nın “Real”la oyuna iştirak ərizəsi: Arda kənarda qaldı
FUTBOL xəbərləri 16 Avqust 13:34
1503 baxış

“Barselona”nın “Real”la oyuna iştirak ərizəsi: Arda kənarda qaldı

İspaniya Superkubokunda Madrid “Real”ı ilə cavab oyununa çıxacaq “Barselona”nın iştirak ərizəsi açıqlanıb. Apasport.az saytı xəbər verir ki, baş məşqçi Ernesto Valverde siyahıya 19 futbolçunun adını daxil edib.

 

“Santyaqo Bernabeu”dakı qarşılaşmada kapitan Andres İnyesta iştirak etməyəcək. O, zədəli olduğu üçün komandasına kömək edə bilməyəcək. Türkiyəli futbolçu Arda Turanın da adı heyətə salınmayıb.

 

Qapıçılar: Mark-Andre ter Ştegen, Yasper Sillesen

Müdafiəçilər: Xerard Pike, Nelson Semedo, Xavyer Maskerano, Xordi Alba, Luka Din, Samuel Umtiti, Aleyş Vidal

Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Denis Suares, Xerard Deulofeu, Serxi Roberto, Andre Qomeş, Karlos Alenya

Hücumçular: Lionel Messi, Luis Suares, Pako Alkaser

 

Qeyd edək ki, “Real” – “Barselona” matçı Bakı vaxtı ilə bu gecə 01:00-da start götürəcək. Bu komandaların “Nou Kamp”dakı ilk görüşündə “kral klubu” 3:1 hesablı qələbə qazanıb.

Xəbər lenti