[b]“Barselona”nın stadionu böyüdüləcək - FOTO[/b]
13.04.2018 - 15:43
[b]“Barselona”nın stadionu böyüdüləcək - FOTO[/b]

“Barselona” “Nou Kamp” arenasını genişləndirmək niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, stadionun tamaşaçı tutumunun 90 mindən 105 minə qaldırılması və stadionətrafı ərazilərin böyüdülməsi gündəmdədi.

 

Klub rəhbərliyi planı şəhər meriyası ilə razılaşdırıb. Artıq layihənin bir neçə fotosu da yayılıb. Tikinti işlərinin 2021-ci ilə qədər bitməsi gözlənilir.

 

Qeyd edək ki, tikinti işlərinə ümumilikdə 600 milyon avro vəsait ayrılacaq.

0