[b]“Başakşəhər” uduzdu, “Astana” darmadağın oldu[/b]
17.08.2017 - 09:05
[b]“Başakşəhər” uduzdu, “Astana” darmadağın oldu[/b]

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 5 qarşılaşma keçirilib.

 

İlk oyun günü ilə müqayisədə bu dəfə daha çox qol vurulub. Günün ən məhsuldar matçı Qlazqoda olub. “Seltik” “Astana”nı 5:0 hesabı ilə darmadağın edib. Maraqlıdı ki, qonaqlar oyun ərzində 2 avtoqola üzülüb.

 

Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında uduzan yeganə komanda olub. İstanbul klubu “Sevilya” önündə aciz qalıb – 1:2.

 

Daha iki oyunda bu hesabla başa çatıb. Lakin həmin matçlarda meydan sahibləri sevinib. “Olimpiakos” “Riyeka”nı, “Hapoel” “Maribor”u yenib. Hər iki görüşdə hesabı qonaqlar açsa da, meydan sahibləri əzmkar qələbə əldə edib.

 

“Napoli” isə “Nitsa”nı 2 cavabsız qolla məğlub edib. Qonaqlar son 10 dəqiqəni 9 nəfərlə mübarizə aparıb. Belə ki, 80-ci dəqiqədə nitsalılara 2 qırmızı vərəqə verilib.

 

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 22-23-də baş tutacaq. Bu mərhələnin qalibləri qrupa, məğlubları Avropa Liqasının qrupuna yüksələcək.

 

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar

16 avqust

 

“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya) – 2:1

Qollar: Odjidja, 66, Romao, 90 – Heber, 42

 

“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan) – 5:0

Qollar: Petnikov, 32-öz qapısına, Sinkleyr, 42, 60, Forrest, 79, Şitov, 88-öz qapısına

 

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya) – 2:1

Qollar: Nvakae, 12, Tsedek, 45 - Tavares, 10

 

“Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya) – 1:2

Qollar: Elia, 64 – Eskudero, 12, Ben Yedder, 84

 

“Napoli” (İtaliya) - “Nitsa” (Fransa) – 2:0

Qollar: Mertens, 13, Jordinyo, 70

 

 

0