[b]"Bavariya" Boatenqi satmağa hazırdı[/b]
20.06.2018 - 18:25
[b]"Bavariya" Boatenqi satmağa hazırdı[/b]

“Bavariya”nın müdafiəçisi Jerom Boatenq mövsümlərarası fasilədə komandadan ayrıla bilər. Apasport.az saytının “Bild”ə istinadən məlumatına görə, Münhen klubu 50-60 milyon avro qarşılığında alman futbolçu ilə yollarını ayırmağa hazırdı.

“Bavariya” aşağı məbləğ qarşılığında Boatenqin komandadan ayrılmasının əleyhinədi. Əgər minimum 50 milyon avro təklif olmasa, 29 yaşlı müdafiəçinin müqaviləsi uzadıla bilər.

Daha öncə “Yuventus”un Boatenqlə yaxından maraqlandığı barədə xəbərlər yayılmışdı.

0