15 Dekabr 12:44 “Bavariya” “Çelsi”nin müdafiəçisini istəyir
FUTBOL xəbərləri 15 Dekabr 12:44
349 baxış

“Bavariya” “Çelsi”nin müdafiəçisini istəyir

“Çelsi”nin müdafiəçisi David Luiz Almaniyaya köçə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu “Bavariya”nın maraq dairəsindədi.

 

“Zadəganlar”da baş məşqçi Antonio Konte ilə problem yaşayan və bu üzdən əsas heyətdə müntəzəm çıxış etməyən 30 yaşlı oyunçu “Bavariya”nın təklifinə müsbət yanaşır. Bundesliqa təmsilçisi qış fasiləsində bu keçidi reallaşdırmaq niyyətindədi.

 

Qeyd edək ki, David Luiz “Çelsi”yə ötən il PSJ-dən keçib.