[b]“Bavariya” finalda uduzdu[/b]
20.05.2018 - 00:06
[b]“Bavariya” finalda uduzdu[/b]

Almaniya kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışın final matçında “Bavariya” və Frankfurt “Ayntraxt”ı qarşılaşıb.

 

Ölkənin ən titullu klubu olan Münhen klubu matçın favoriti sayılsa da, Yupp Haynkesin yetirmələri “Qızıl dubl”u rəsmiləşdirə bilməyib. Çempion bu matçdan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

 

Düzdü, Rebiçin 11-ci dəqiqədəki qolundan sonra, 56-cı dəqiqədə Levandovski hesabda tarazlıq yaradıb. Lakin final fitinə 6 dəqiqə qalmış dublunu rəsmiləşdirən Rebiç kuboku Frankfurta yaxınlaşdırıb. Marçın son dəqiqələrində isə Qaçimoviç görüşdə son nöqtəni qoyub.

0