[b]Belçikadan darmadağın - VİDEO[/b]
12.06.2018 - 01:03
[b]Belçikadan darmadağın - VİDEO[/b]

Dünya çempionatında iştirak edəcək komandalar yoldaşlıq oyunlarında qüvvələrini sınayırlar. Apasport.az saytının məlumatına görə, Belçika yığması Kosta Rika ilə qarşılaşıb.

 

Görüş belçikalıların darmadağını ilə yekunlaşıb – 4:1.

 

“Qırmızı şeytanlar”ın heyətində Lukaku dubl edib, Mertens və Batşuay isə hərəyə bir dəfə fərqləniblər.

 

Kosta Rika millisinin yeganə qoluna isə Brayan Ruiz imza atıb.

 

Yoldaşlıq oyunu

11 iyun

Belçika – Kosta Rika – 4:1

Qollar: Mertens, 31, Lukaku, 42, 50, Batşuay, 64 – Ruiz, 24

 

0