[b]“Belə davam etsə, yaxşı olacaq” – Vaqif Cavadov[/b]
19.03.2017 - 18:22
[b]“Belə davam etsə, yaxşı olacaq” – Vaqif Cavadov[/b]

Azərbaycan Premyer Liqasının XXIII turunda “Qəbələ” ilə qarşılaşan AZAL matçdan son dəqiqə qolu ilə bərabərliklə ayrılıb. Görüş başa çatdıqdan sonra “təyyarəçilər”in təcrübəli oyunçusu Vaqif Cavadov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında nə deyə bilərsən?

- Məncə, çox yaxşı matç oldu. Mübarizə və oyun keyfiyyəti baxımından maraqlı görüş idi. Hesabda geri olsaq da, sona qədər çalışıb layiq olduğumuz qolu vura bildik. “Qəbələ”yə uğurlar arzulayıram. Biz də ümid edirik ki, qarşıdakı görüşlərdən də qələbə ilə ayrıla biləcəyik.

 

- AZAL kimi komandalara hesabda geri düşdükdən sonra bərabərlik qolunu vurmaq çətin olur. İnanırdınızmı bərabərliyə?

- Əlbəttə ki, inanırdıq. Oyun da bunu göstərirdi. Komandaya yeni futbolçular gəlib, hamı istəklidi və bütün oyunlara qələbə əzmi ilə çıxırıq. Belə davam etsə, yaxşı olacaq.

 

- Qarşıdan millinin Almaniya ilə oyunu gəlir. Bu haqda nə düşünürsüz?

- İzləyəcəyik, azarkeşlik edəcəyik, inanıram ki, milli bütün azarkeşləri sevindirəcək.

 

- Özün bir dəfə milli forması ilə Almaniyaya qol vurmusan, bu yenə təkrarlana bilər?

- Əlbəttə olar. Futbolda hər şey mümkündü. Bütün futbolçularımıza uğurlar arzulayıram. Ürəyim millimizlədi. 

0