[b]Benzema və Di Mariya yenidən eyni komandada?[/b]
18.07.2018 - 15:28
[b]Benzema və Di Mariya yenidən eyni komandada?[/b]

“Real”ın hücumçusu Kərim Benzema və PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya yenidən eyni komandada çıxış edə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Napoli” hər iki futbolçunun keçidində maraqlıdı.

 

Karlo Ançelottini baş məşqçi postuna gətirən Neapol təmsilçisi onun istəyinə uyğun transfer danışıqları aparır. İtaliyalı mütəxəssis “Real”da birgə işlədiyi Di Mariya və Benzema ilə danışıqları şəxsən özü aparır. “Napoli” fransalı forvard üçün 45 milyon avro təklif edib. Argentinalı yarımmüdafiəçinin özünə isə illik 10 milyon avro maaş təklif olunub.

 

Qeyd edək ki, Benzema ilə Di Mariya 2010-2014-cü illərdə “Real”da çiyin-çiyinə mübarizə aparıblar. Ançelotti isə 2013-2015-ci illərdə “kral klubu”nda onlara rəhbərlik edib.

0