20 Fevral 17:07 Berti Foqts narahatdı: Bu, həyəcan siqnalıdı
FUTBOL xəbərləri 20 Fevral 17:07
2886 baxış

Berti Foqts narahatdı: Bu, həyəcan siqnalıdı

“Bundesliqa artıq darıxdırıcıdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.

 

Almaniyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibə verib. Bir çox məqamlara toxunan Foqts Bundesliqanın səviyyəsinin aşağı düşdüyünü bildirib.

 

O, əvvəlcə “Bavariya”nın baş məşqçisi Yupp Haynkes haqda danışıb: “Bir neçə həftə öncə Yuppa zəng etdim. Onunla maraqlı və xoş söhbətimiz oldu. Mənim üçün aydındı ki, Haynkesin işinə davam edib-etməyəcəyini özü və klub rəhbərliyini artıq bilir. Sadəcə, dəqiq informasiya yaymamaqla oyun oynayırlar. Əgər Yupp postunda qalsa, şəxsən mən sevinəcəm. Amma qərarı özü və klub rəhbərliyi verəcək. Onsuz da, “Bavariya” baş məşqçisiz də Almaniya çempionu olar”.

 

Foqts “Bavariya”nın çempionatda ən yaxın izləyici Dortmund “Borussiya”sını 19 xal qabaqladığını xatırladaraq, Bundesliqada rəqabətin olmadığını vurğulayıb: “Gəlin, özümüzü aldatmayaq. Liderlə ikinci arasında xal fərqi getdikcə daha da artır. Rəqabət qalmayıb. Bu, artıq həyəcan siqnalıdı. İngiltərənin böyük klubları gənc futbolçuları oyun praktikası toplamaq üçün Almaniyaya göndərirlər. Çünki onların Premyer Liqada özlərini göstərmək şansı yoxdu. “Çelsi”yə lazım olmayan Batşuayi “Borussiya”ya gəlir və Bundesliqanın ən güclü hücumçularından biri sayılmağa başlayır. Odu ki, bu məsələdə dürüst olmaq lazımdı. Ən güclü çempionat İngiltərədə, sonra ola bilsin ki, İspaniyadadı. Bundesliqa isə İtaliya çempionatı ilə eyni səviyyədədi. Təbii ki, rəqabətsizlik “Bavariya”nın günahı deyil. Onlar Avropanın ən yaxşı komandaları ilə eyni səviyyədədi. Əvəzində digər klublarımız günahkardı”.

 

Foqts söhbət əsnasında həmkarlarını da tənqid edib: “Bəzi məşqçilər düşünürlər ki, topu özlərində saxlamaqla, qol vurmaq üçün doğru anı axtarmaq düzgün addımdı. Mən isə bunu qəbul etmirəm. Qol vurmaq üçün əzmin olmalıdı. Əvvəllər Bundesliqanı məhz bu məqam güclü edirdi. Komanda yoldaşları hücumçunu boş zonaya açılmağa məcbur etməlidilər. Bax, gözəl futbol budu”.

 

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə millimizi çalışdırıb. 

Xəbər lenti