[b]“Beşiktaş” Cenkə əvəzləyici tapdı[/b][b] - FOTO[/b]
13.01.2018 - 20:46
[b]“Beşiktaş” Cenkə əvəzləyici tapdı[/b][b] - FOTO[/b]

Cenk Tosunu İngiltərənin “Everton” klubuna satan “Beşiktaş” artıq ona əvəzləiyici tapıb. Apasport.az saytının məlumatına görə, “qara qartal” kanadalı Kayl Larinlə anlaşıb.

 

MLS təmsilçisi “Orlando Siti”nin hücumçusu Türkiyə çempionu ilə 4.5 illik müqavilə imzalayıb.

 

Bu barədə Türkiyə klubunun rəsmi saytı xəbər yayıb. Artıq İstanbulda olan futbolçu bu gün tibbi müayinədən də keçib.

 

“Beşiktaş” “Orlando Siti” ilə müqavilə müddəti başa çatan kanadalı hücumçu üçün heç bir haqq ödəməyib. “Ağ-qaralar”da ilk mövsümündə 500 min avro qazanacaq Larin, sonrakı mövsümlərdə ilinə 1,5 milyon avro əldə edəcək.

 

Futbolçu ötən il “Orlando Siti”nin heyətində meydana çıxdığı 30 oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Larin Kanada millisində keçirdiyi 20 matçda 4 dəfə fərqlənib.

0