[b]“Beşiktaş” niyə Bakını arzulayır?[/b]
19.06.2018 - 12:30
[b]“Beşiktaş” niyə Bakını arzulayır?[/b]

UEFA gələn il UEFA Superkubokunun oynanılacağı “Vodafon Arena”ya baxış keçirəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, qitə futbol qurumunun nümayəndələri bu gün İstanbuldakı stadionda görülən işlərlə tanış olacaq.

“Beşiktaş” klubunun hədəfi isə həmin Superkubokda doğma azarkeşləri önünə çıxmaqdı. Türkiyə Superliqasında 4-cü yeri tutaraq Avropa Liqasına (AL) yollanan “ağ-qaralar” bunun üçün ilk növbədə bu turnirin qalibi olmalıdı. İstanbul nəhənginin prezidenti Fikrət Orman komandanın qarşısına Avropa Liqasının Bakıda baş tutacaq final matçında mütləq iştirak etmək məqsədi qoyub. Klub rəhbəri Bakı Olimpiya Stadionunda azarkeşlərin dəstəyi ilə AL-i qazanacaqlarına və doğma meydançalarında UEFA Superkuboku qarşılaşmasına çıxacaqlarına inanır.

Qeyd edək ki, UEFA Superkuboku Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında keçirilir.

0