19 Oktyabr 18:39 Beyl “Tottenhem”ə qayıdır?
FUTBOL xəbərləri 19 Oktyabr 18:39
649 baxış

Beyl “Tottenhem”ə qayıdır?

İspaniyanın “Real” klubunun hücumçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uelsli futbolçu Premyer Liqanın 3 təmsilçisinin maraq dairəsindədi.

 

Uzun müddətdi “Mançester Yunayted”in gündəmindən düşməyən Beyl uğrunda mübarizəyə “Çelsi” və “Tottenhem” də qoşulublar. Tez-tez zədələndiyi üçün “kral klubu”nda istənilən kimi çıxış edə bilməyən oyunçu mövsümün sonunda adıçəkilən klublardan birinə keçə bilər.

 

Qeyd edək ki, Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən keçib.

Xəbər lenti