16 Aprel 21:33 Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları açıqlandı
FUTBOL xəbərləri 16 Aprel 21:33
389 baxış

Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları açıqlandı

Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Çempionlar Kubokunun (İCC) builki iştirakçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, turnirdə 6 ölkədən 17 komanda iştirak edəcək.

 

İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliyanı təmsil edəcək klublar yay boyunca çempion adı uğrunda yarışacaqlar.

 

Matçların dəqiq təqvimi aprelin 17-də açıqlanacaq.

 

Oyunlar Avstriya, İtaliya, Sinqapur, İsveç, İsveçrə və ABŞ-da keçiriləcək.

 

İCC-də aşağıdakı komandalar iştirak edəcəklər: “Real”, “Tottenhem”, “Yuventus”, “Milan”, “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted”, “Bavariya”, “Çelsi”, PSJ, “Arsenal”, “Sevilya”, “Roma”, “İnter”, “Borussiya D.”, “Benfika” və “Atletiko”.

 

Qeyd edək ki, turnirin ötənilki qalibi “Barselona” olub. Ondan əvvəl PSJ iki, “Real” və “Mançester Yunayted” isə hərəyə bir dəfə kuboka sahib olub.

Xəbər lenti