13 Fevral 12:54 “Bild”: “Bavariya” Vidalla vidalaşır
FUTBOL xəbərləri 13 Fevral 12:54
469 baxış

“Bild”: “Bavariya” Vidalla vidalaşır

“Bavariya” çilili futbolçusu Arturo Vidalla mövsümün sonunda yolları ayıracaq. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “Bild” nəşri yayıb.

 

Təcrübəli yarımmüdafiəçi özünü Münhen klubunda xoşbəxt hiss edir və komandasını dəyişmək fikrində deyil. Lakin “Bavariya” rəhbərliyi yayda Vidalı transferə çıxarmaq niyyətindədi. Münhenlilər “Şalke”nin futbolçusu Leon Qoretskanın növbəti mövsümdən “Bavariya”da oynayacağını nəzərə alaraq, bu addımı atmağı planlaşdırırlar. Onların fikrincə, Qoretskanın gəlişindən sonra komandanın yarımmüdafiə xətti daha da güclənəcək və geniş heyətdə Vidala ehtiyac olmayacaq.

 

Qeyd edək ki, Vidal “Bavariya”ya 2015-ci ildə “Yuventus”dan keçib. 

Xəbər lenti