[b]"Bir-birilərinə problem yaradırlar" - Aleksandr Dedov[/b]
24.02.2018 - 21:37
[b]"Bir-birilərinə problem yaradırlar" - Aleksandr Dedov[/b]

"Hesab normal deyil. Amma bundan nəticə çıxaracağıq. Növbəti matçlarda daha çox xal qazanmağa çalışacağıq". Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin yarımmüdafiəçisi Aleksandr Dedov deyib.

 

Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi"nin qonağı olan "Zirə" meydanı 1 xalla tərk edib - 1:1.

 

Qarşılaşmadan sonra jurnalislərin suallarını cavablandıran moldovalı futbolçu matçın sonlarını azlıqda keçirmələrini nəzərə alaraq, heç-heçədən razılığını bildirib: "Hər oyuna qələbə üçün çıxırıq. Bu gün elə oldu ki, qırmızı vərəqə aldıq və meydanda taktiki dəyişikliklər baş verdi. Daha çox müdafiə olunduq. Yaxşı ki, oyun belə nəticə ilə başa çatdı". 

 

29 yaşlı oyunçu Premyer Liqa barədə fikirlərini də bildirib: "Azərbaycan çempionatında hələ 2 oyun keçirmişəm. Yaxşı çempionatdı. Hamı mübarizə aparır, autsayder yoxdu. "Qarabağ"la hələ qarşılaşmamışıq. Ola bilsin ki, bu komanda favorit sayılır. Digər komandalarla isə gördüyüm qədərilə oynamaq tamamilə çətindi. Hamısı yaxşı çıxış edir, bir-birilərinə problem yaradırlar. Görək, necə olacaq".

 

Dedov həmçinin Moldova millisinin təlim-məşq toplanışına çağırılmamasına da aydınlıq gətirib: "Bu, legionerlərə dəvət göndərilməməsi ilə əlaqədardı. Hazırda çempionatlarda oyunlar gedir. Dəvətlilər yerli və çempionatları hələ başlamayan klublardandı".

0