[b]Bir gündə iki məşq[/b]
13.06.2018 - 22:49
[b]Bir gündə iki məşq[/b]

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, iyunun 12-də doğma şəhərdə bir araya gələn “qırmızı-qaralar” hazırlıq prosesinin ikinci gününü 2 məşqlə yekunlaşdırıb.

 

Baş məşqçi Sənan Qurbanovun yetirmələri günün birinci yarısında fiziki təmrinləri yerinə yetirib.

 

Günün ikinci yarısındakı məşq prosesi zamanı futbolçular həm fiziki hazırlıq keçib, həm də toplu çalışmaları icra edib.

0