[b]“Bir həftə sonra oynasaydıq, "qırğın" olacaqdı” – Cavid Hüseynov[/b]"
15.12.2017 - 20:15
[b]“Bir həftə sonra oynasaydıq, "qırğın" olacaqdı” – Cavid Hüseynov[/b]"

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Səbail”lə qarşılaşan “Qəbələ” qalib gələrək yarımfinala yüksəlib və “Neftçi” ilə qarşılaşmağa haqq qazanıb. Bu gün keçirilən oyundan sonra əyalət təmsilçisinin yarımmüdafiəçisi apasport.az saytının suallarını da cavablandırıb.

 

- Yarımfinala yüksəldiyiniz matçla bağlı hansı nüansları qeyd etmək istərdiniz?

- Birinci oyunda 1:0 hesablı qələbə qazansaq da, çətin olacağını bilirdik. Daha doğrusu, özümüz öz işimizi çətinləşdirə bilərdik. Rəqib hesabı açdıqdan sonra narahatlıq yarandı. Yaxşı ki, sonra gedişi düzəldə bildik.

 

- İlk oyunla müqayisədə bu dəfə elə də əziyyət çəkdiyinizi demək olmazdı…

- Birinci oyunda da bunu deyirdilər. Sistemimizdə dəyişiklik oldu. Ona görə də meydanda rahat hərəkət edirdik. Ancaq oyuna rahat çıxmamışdıq.

 

- Hesabın belə olacağını gözləyirdinizmi?

- Hesab haqda düşünməmişdim. Oyundan əvvəl də nəsə sual olsaydı, heç nə deyə bilməzdim. Məncə, nəticə ədalətlidi.

 

- Deyəsən, Roman Qriqorçuk oyununuzdan razı qalmayıb…

- Bu barədə heç nə demədi bizə. O, hər zaman tələbkar olub. Futbolçunun ad-sanı onun üçün önəm daşımır. Hər zaman daha artığını istəyir. Qeyri-adi bir şey yoxdu.

 

- Növbəti rəqibiniz “Neftçi” olacaq. Final şanslarınız nə dərəcədə realdı?

- İndi komandalar fasiləyə yollanır. Təlim-məşq toplanışından kimin necə dönəcəyi sual altındadı. İndiki məqamda həm biz, həm də “Neftçi” formadadı. Ancaq sonrakı mərhələdə necə olacaq, bunu zaman göstərəcək. “Neftçi”də özünəinam qayıdıb, psixoloji baxımdan vəziyyətləri yaxşıdı. Əgər bir həftə sonra qarşılaşsaydıq, “qırğın” olacaqdı. Ancaq toplanışdan sonra keçiriləcək oyun haqda indi danışmaq tezdi.

 

- Növbəti “Qarabağ” – “Qəbələ” finalının olmasını istəyirsinizmi?

- Mən istəməklə deyil. Olarsa, lap yaxşı.

 

- “Qəbələ”nin qışda güclənməsinə ehtiyac varmı?

- Var. Futbolçu olaraq hansı mövqeni gücləndirməyin lazım olduğunu deməyim düzgün olmazdı.

 

- 2017-ci ilin ən yaxşı futbolçusu kimi seçərdiniz?

- Kiminsə adını çəksəm, yadıma düşməyən başqa oyunçu ola bilr. Ancaq Filip Ozobiçi deyərdim.

 

- Rəşad Sadıqov jurnalistlərin səsverməsində qalib olub. Razısan seçimlə?

- Rəşad bizim kapitanımızdı və buna layiqdi.

 

- Fevralda millinin Gürcüstanla oyunu olacaq. Rəqib seçimi necədi?

- Yaxşı seçimdi. Gürcüstan millisi layiqli rəqibdi. Qurban Qurbanov müəyyən suallara aydınlıq gətirə, istədiyini ala bilər.

0