19 Noyabr 17:27 Birinci və yüzüncü qol
FUTBOL xəbərləri 19 Noyabr 17:27
333 baxış

Birinci və yüzüncü qol

Azərbaycan Premyer Liqasının XII turunun son oyununda “Neftçi” “Qəbələ”ni qəbul edir. Apasport.az saytının məlumatına görə, matçın 19-cu dəqiqəsində hesabı açan Emin Mahmudov hər iki klubun tarixinə düşüb.

 

Belə ki, “Neftçi”nin heyətində ilk qolunu vuran milli üzvü “Neftçi” – “Qəbələ” duellərində yubiley – 100-cü qolun müəllifi olub.

 

İki komanda arasındakı oyunlarda vurulmuş 100-cü qol 41-ci qarşılaşmada reallaşıb.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda 1:1 hesablı bərabərlik var.

Xəbər lenti