[b]Blind “Mançester Yunayted”dən ayrıldı[/b]
17.07.2018 - 09:41
[b]Blind “Mançester Yunayted”dən ayrıldı[/b]

“Mançester Yunayted”in müdafiəçisi Deyli Blind karyerasını Hollandiyada davam etdirəcək. Apasport.az saytının “qırmızı şeytanlar”ın tvitter hesabına istinadən məlumatına görə, hollandiyalı futbolçu “Ayaks”a keçib.

 

Artıq klublar arasında anlaşma əldə olunub. Detallar barədə daha sonra ictimaiyyətə açıqlanacaq.

 

Transferin dəyərinin 14 milyon avro olduğu, Blindin müqavilə müddətinin isə 2022-ci ilə qədər nəzərdə tutulduğu bildirilir.

 

Qeyd edək ki, Deyli Blind 2014-cü ildə “Ayaks”dan 13,8 milyon avro qarşılığında transfer edilmişdi.

0