14 Dekabr 11:46 “Bobo”nun siyahısı: “Səbail” də oyun satır?
FUTBOL xəbərləri 14 Dekabr 11:46
3195 baxış

“Bobo”nun siyahısı: “Səbail” də oyun satır?

AFFA danışılmış oyunlarla bağlı cəzalara ara verib. Apasport.az futbolinfo.az-a istinadən xəbər verir ki, hələlik olayların araşdırılması yekunlaşmayıb.

 

Diqqətdə olan “Turan Tovuz”, “Binə”, “Mil Muğan”, “Ağsu” və başqa klublarla bağlı araşdırmalar davam etdirilir. Güman ki, qarşıdakı günlərdə yeni cəzalar da olacaq.

 

Futboldan ömürlük uzaqlaşdırılan məşqçi-metodist Ağakişi Mehdiyevin etirafları isə vəziyyətin daha kritik olmasını göstərir. “Bobo” ləqəbli bu şəxs danışılmış oyunlarda əli olan elə adamların adlarını çəkib ki, olayların miqyası daha böyük olacaq. Araşdırmalar davam etsə, nəinki məşqçi və futbolçular, bir sıra klub funksioneri, AFFA əməkdaşı, hətta futboldan kənarda olan bəzi adamların da başı ağrıyacaq.

 

Mehdiyevin təqdim etdiyi siyahıda bu məsələdə əlaqəli olan 20-dən çox şəxsin adı var. Onların arasında elə bir veteran futbolçumuzun adı çəkilir ki, hətta detalları dəqiqləşdirmədən onun adını da yazmağa ehtiyat edirik. Çünki futbolumuzda ciddi imici olan bu şəxs əla karyerası ilə yaddaşlarda qalıb. İndi isə onun adı U-19 liqasında oyunların “stavka”ya qoyulmasında hallanır.

 

Bildiyimizə görə, AFFA hazırda hüquq-mühafizə orqanları ilə bu məsələlərin araşdırılması ilə ciddi məşğuldu. Nəticə hasil olan kimi cəzalananlar siyahısına əlavə ediləcək insanları hamımız tanıyacağıq. Amma iş ondadı ki, AFFA-nın da ehtiyat etdiyi məqamlar var. “Bobo”nun siyahısından sonra məsələlərin bir ucu “Səbail”ə gedib çıxır. Bu komandanın da bir çox oyunlarda könüllü təslim olması haqda informasiyalar var.  

 

Xəbər lenti

Xəbər lenti